Bu gün Misli Premyer Liqasında iki matç var

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. 

May 10, 2026 - 11:58
Bu gün Misli Premyer Liqasında iki matç var

SAVASHMEDİA.az xəbər verir ki, sonuncu gündə daha 2 oyun keçiriləcək. 

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək. Hazırda Tovuz klubu 56 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb. 

Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb. 

Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulacaq. Paytaxt klubu 50 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir. 

“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2. 

10 may

17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”

Baş hakim: Əkbər Əhmədov

Tovuz şəhər stadionu

19:30. “Neftçi” - “Şamaxı”

Baş hakim: Tural Qurbanov

“Palms Sports Arena”

Başa çatan oyunların nəticələri

“İmişli” - “Zirə” - 0:0

“Sabah” - “Kəpəz” - 0:1

“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1

“Qəbələ” - “Qarabağ” - 1:1