“Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı
“Türk Hava Yolları” nəqliyyat kollapsı səbəbindən Antalya, Dalaman və Bodrumdan Moskva da daxil olmaqla Rusiyanın şəhərlərinə bütün reyslərini ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” turizm sənayesində mənbəyə istinadən məlumat yayıb.
“Turoperatorlar indi telefondan “asılıblar” və vəziyyəti həll etməyə çalışırlar”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, türk aviaşirkəti bu qərarı Rusiya hava limanlarında reyslərin gecikməsi və ləğv edilməsi ilə əlaqədar verib. Bir gün əvvəl Antalyadan Moskva və Sankt-Peterburq istiqamətində ən azı 16 reys təxirə salınıb.
Moskva Nəqliyyat Prokurorluğundan bildirilib ki, mayın 8-i səhərə olan məlumata görə, paytaxt hava limanlarında 103 reys gecikib.
Xatirə SADİQ