"Baza" Telegram kanalının baş redaktoru AZAL təyyarəsinə görə saxlanılıb?

"Baza" Telegram kanalının baş redaktoru Qleb Trifonov 2024-cü ilin dekabrında Çeçenistan səmasında vurulmuş AZAL təyyarəsinin pilotlarının danışıqlarının stenoqramının dərcinə görə saxlanıla bilər.

Jul 22, 2025 - 22:56
"Baza" Telegram kanalının baş redaktoru AZAL təyyarəsinə görə saxlanılıb?

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Rusiyanın bir sıra Telegram kanalları çıxış edib.

Qeyd edək ki, Trifonov hazırda Moskva Mərkəzi İnzibati Dairəsinin İstintaq Komitəsinin binasındadır. Vəkili Aleksey Mixalçikin onunla görüşünə icazə verilmir.

İyulun 22-də səhər saatlarında polis əməkdaşları axtarış apararaq Baza Telegram kanalının ofisinə gəliblər.

Trifonov vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi) ilə bağlı açılmış cinayət işi üzrə istintaqa cəlb edilib. İstintaqın məlumatına görə, naməlum polis əməkdaşları ona məlumat ötürüblər və bu məlumatlar daha sonra Telegram kanallarında dərc edilib. 

Ehtimal olunur ki, bu, vurulan AZAL təyyarəsi ilə bağlı məlumatdır.

Oğuz