Məşhur aparıcı qəzaya düşdü – ANBAAN VİDEO
Türkiyəli aparıcı Mert Öztürk qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aparıcı Dominikan Respublikasında motosiklet sürərkən idarəetməni itirib.
Buna səbəb aparıcının eyni zamanda video çəkmək istəməsi olub.
Nəticədə yerə yıxılıb və bir-neçə metr sürüklənib, bu zaman ayağının biri motosikletin altında qalıb.
Xəstəxanaya aparılan aparıcının ayağında zədə olsa da, ümumi vəziyyətinin yaxşı olduğu bildirilib. Mert Öztürk qəza anını sosial media profilində paylaşaraq izləyicilərinə məsləhət verib:
"Heç vaxt tək əlinizlə motosiklet sürməyin, sürəti artırmayın, kameranı sabitləşdirmədən video çəkməyi ağlınıza belə gətirməyin. Bütün bunları eyni vaxtda etdim və nəticədə Dominikan Respublikasının ən gözəl sahillərini kəşf etmək üçün çıxdığım yolun sonu xəstəxanada bitdi”.
Qeyd edək ki, Mert Öztürk “Kanal D”də yayımlanan “Kuralsız Sokaklar” verilişinin aparıcısıdır.
Banu