Tramp İranın xarici banklardakı puluna əl qoydu - "Bu, ədalətlidir"
ABŞ Prezidenti Donald Tramp İranın dondurulmuş aktivlərindən Tehranın razılığı olmadan istifadə edilə biləcəyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Hörmüz boğazında gəmilərə, yüklərə və onlarla əlaqəli əmlaka dəyən zərərin ABŞ-nin nəzarətində olan dondurulmuş İran vəsaiti hesabına ödəniləcəyini bəyan edib.
Trampın sözlərinə görə, bu qərar İranın hərəkətləri nəticəsində yaranan itkilərin kompensasiyası məqsədi daşıyır və "ədalətli addım" hesab olunur. ABŞ lideri vurğulayıb ki, dəyən zərər böyük ola bilər, lakin mövcud şəraitdə bunun ən doğru həll yolu olduğunu düşünür.
Qeyd edək ki, Trampın açıqlaması Tehranın sərt etirazı ilə qarşılanıb. İran rəsmiləri bu planı beynəlxalq hüquqa zidd və təhlükəli presedent kimi qiymətləndiriblər.
Oğuz