Tramp Zelenskini, Putin isə Trampı gözləyir - Müharibədə kritik günlər
ABŞ və Rusiya arasında yeni diplomatik təmasların baş tutacağı ilə bağlı gözləntilər artıb.
SAVASHMEDİA.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ Prezidenti Donald Tramp administrasiyasından Ukrayna münaqişəsinin nizamlanmasına dair yeni təkliflər gözlədiyini bildirib.
Onun sözlərinə görə, Moskva Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır və tərəflər arasında yeni təmasların baş tutması istisna edilmir.
Kreml daha əvvəl Vladimir Putinlə Donald Tramp arasında növbəti telefon danışığının və ya görüşün mümkünlüyünü də istisna etməmişdi. Bu fonda iki ölkə arasında diplomatik fəallığın artdığı bildirilir.
Qeyd edək ki, Donald Trampın yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir. Həmin görüşdə Ukraynadakı müharibənin gedişi və mümkün sülh təşəbbüslərinin müzakirə olunacağı ehtimal edilir.
Aytən