Pəhləvi İran hərbçilərinə çağırış etdi - "Xalqa qoşulun"

ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlamasından sonra devrilmiş şahın oğlu Rza Pəhləvi baş verənləri “həlledici an” adlandırıb.

Feb 28, 2026 - 12:14
Pəhləvi İran hərbçilərinə çağırış etdi - "Xalqa qoşulun"

SAVASHMEDİA.az xəbər verir ki, o, ordu və təhlükəsizlik qüvvələrini xalqa qoşulmağa çağırıb.

“Amerika Birləşmiş Ştatları Prezidentinin cəsur İran xalqına vəd etdiyi yardım artıq gəlib çatdı”, - Pəhləvi qeyd edib.

Şahın oğlu həmçinin son qələbənin İran xalqından gələcəyini və küçələrə qayıtmağın vaxtının yaxın olduğunu vurğulayıb.

Səlcuq