Aşıq Namiq Kəramət Böyükçölü hədələdi

Aşıq Namiq zəng edərək yazıçı Kəramət Böyükçölü hədələyib.

Feb 28, 2026 - 12:05
Feb 28, 2026 - 12:50
Aşıq Namiq Kəramət Böyükçölü hədələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kəramət Böyükçöl sosial şəbəkə hesabında yazıb.

"Aşıq Namiq zəng eləmişdi. Məni hədələdi. Dedim, aşıq, niyə əsəbiləşmisən? Dedi, dəyərlərimizə dil uzatdığına görə. Dedim, hansı dəyər? Dedi, saz. Qayıtdım ki, saz dəyərdirsə, sənin qucağında nə gəzir? 

Telefonun o üzündə aşıqdan qarışıq səslər çıxdı. Nə cavab verdiyini başa düşmədim. Elə bil pişiyin quyruğu qapının arasında qalmışdı", - paylaşımda qeyd olunub. 

Oğuz