Müəllimlər oktyabr ayında sevinəcək - MAAŞLAR ARTIR
Azərbaycanda dövlət sektorunda əməkhaqqı islahatlarının davam etdiriləcəyi ilə bağlı gözləntilər var.
SAVASHMEDİA.az xəbər verir ki, tibb işçilərinin son maaş artımından sonra müəllimlərlə də bağlı eyni qərarın veriləcəyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, növbəti mərhələdə, konkret olaraq oktyabr ayına qədər müəllimlərin maaşlarının artırılması gözlənilir.
Müəllimlər dövlət sektorunda ən böyük əməkdaş qruplarından biridir. Hazırda onların gəliri dərs yükü, staj və sertifikatlaşdırma nəticələrindən asılıdır. Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərə 10 və 35 faiz əlavə ödənişlər verilir.
Xatırladaq ki, 2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki müəssisələrdə çalışan 72 min 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydaları tətbiq olunub.
Oğuz