"20 Sentyabr" metro stansiyası harada yerləşəcək? - Açılış tarixi və DƏQİQ ÜNVAN
Bakı Metropoliteninin Bənövşəyi xətti üzrə inşası davam edən 4-cü stansiyaya Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması şərəfinə "20 Sentyabr" adı verilib.
SAVASHMEDİA.az xəbər verir ki, yeni stansiya Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 194 ünvanında, keçmiş Mərkəzi Hərbi Klinik Hospitalın yanında inşa edilir.
Yeni stansiya Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsinə yaxın ərazidə yerləşir və Bənövşəyi xətt üzrə "8 Noyabr" stansiyasından sonra gələn 4-cü dayanacaq olacaq.
Stansiyanın istifadəyə verilməsi Cəlil Məmmədquluzadə küçəsi və ətraf ərazilərdəki avtomobil sıxlığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bu infrastruktur həm də ərazidə yerləşən iri tibb müəssisələrinə, təhsil ocaqlarına və yaşayış binalarına gediş-gəlişi xeyli rahatlaşdıracaq.
Hazırda ərazidə qazıntı və tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir, paralel olaraq stansiyanın daxili təchizatı və kommunikasiya xətlərinin çəkilməsi davam etdirilir.
Bakı Metropoliteni rəsmilərinin verdiyi məlumata görə, stansiyanın 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.
Oğuz