Prezident sərəncam imzaladı

Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolları əsaslı təmir olunacaq.

Jul 23, 2025 - 14:11
Prezident sərəncam imzaladı

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə ilkin olaraq 2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.