Rus oliqarxı amerikalı səfirdən inciyib - SƏBƏB
“Sankt-Peterburqda keçirilən iqtisadi forum zamanı “Rosneft”in hazırkı rəhbəri İqor Seçin Ermitajı icarəyə götürüb və orada çoxlarını “təəssüratlandıran” gənc xanımını təqdim edib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol rusiyalı jurnalist Yuri Duda müsahibəsində deyib.
“Bütün Ermitaj onların sərəncamında idi”, - deyə Makfol xatırladıb.
Amerikalı diplomat həmçinin oliqarx Mixail Proxorovun ev sahibliyi etdiyi gecədə iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, həmin məclisdə “70-ci illərin musiqisi səslənirdi və çoxlu qadın rəqs edirdi”.
Makfolun həmkarları ehtiyatlanıblar ki, səfirin orada şəklini çəkə bilərlər, çünki qızlar praktiki olaraq geyimsiz olublar.
“Biz Rusiya mətbuatında onlarla eyni fotoda olmaq istəmədik. Biz təcili oradan getdik və heç kimin mənim şəklimi çəkməyə vaxtı olmadı. Proxorov məndən incidi”, - deyə Makfol əlavə edib.
Xatirə SADİQ