İbrahim Tatlıses oğluna elektron qolbaq taxdırdı

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses bir müddətdir gərginlik yaşadığı oğlu Ahmet Tatlıseslə məhkəməlik olub. 

Oct 31, 2025 - 12:57
İbrahim Tatlıses oğluna elektron qolbaq taxdırdı

SAVASHMEDİA.az xəbər verir ki, İ.Tatlıses hədələdiyini bildirərək oğlunu prokurorluğa şikayət edib. 

Keçirilən məhkəmə iclasında müğənninin lehinə qərar çıxarılıb. Qərara əsasən, Ahmet Tatlısesə elektron qolbaq taxılıb. 

İbrahim Tatlıses isə Məişət Zorakılığı və Qadınlara Qarşı Zorakılıqla Mübarizə Bürosuna çağırılıb və ona elektron monitorinq cihazı verilib. A.Tatlıses atasına yaxınlaşarsa, cihaz dərhal səs salaraq polis qruplarına xəbər verəcək.

Qeyd edək ki, A.Tatlıses məşhur müğənninin ilk evliliyindən olan övladıdır.

Banu