Netanyahu Qəzza sammitinə getməkdən imtina etdi

İsrailin baş naziri Binyamin Netanyahu Misirdə keçiriləcək Qəzza sammitinə getməyəcək. 

Oct 13, 2025 - 14:51
Netanyahu Qəzza sammitinə getməkdən imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasına istinadən “The Times of Israel” məlumat yayıb. 

Baş nazirin dəftərxanası Netanyahunun bu addımını bu gecə başlayacaq Şmini Atseret-Cimhat Tora bayramı ilə izah edib. 

Nəşr qeyd edib ki, tarixən İsrail liderləri fövqəladə hallar istisna olmaqla, yəhudi şənbə və bayram günlərində səyahət etməkdən çəkinirlər.

“Reuters” bundan öncə Misir prezidentinin nümayəndəsinə istinadən xəbər vermişdi ki, sammitə qatılacaq dünyanın 20 lideri arasında Binymin Netanyahu və Fələstin rəhbəri Mahmud Abbas da olacaq. 

Xatirə SADİQ