FTB buna görə 12 yaşlı amerikalı uşağın evində axtarış apardı
ABŞ-də nüvə sintezinə nail olan 12 yaşlı uşağı evində Federal Təhlükəsizlik Bürosunun (FTB) agentləri ziyarət ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabı məlumat yayıb.
Tennessi ştatının Memfis sakini olan Cekson Osvalt bildirib ki, uşaqlıqdan həmyaşıdlarındən fərqli olduğunu hiss edib. “Bir gün qəfildən işığı gördüm. Mən başa düşdüm ki, hər hansı bir video oyununda ən yaxşı ola bilərəm, amma sonda bunun heç bir mənası olmayacaq. Ona görə də yolumu dəyişdim”, - deyə yeniyetmə danışıb.
Cekson bildirib ki, elm yolu ilə getməyə üstünlük verib. Cəmi 11 yaşında olarkən o, enerji mənbəyi yaratmaq cəhdini tamamlamaq üçün “YouTube”da fizika videolarına baxmağa və lazım olan materialları araşdırmağa başlayıb. Sonra əldə etdiyi materiallar nəticəsində qurğu yaradıb və onu məktəbin elmi yarmarkasına gətirib. Təxminən birillik sınaqdan sonra, 13 yaşının tamam olmasına iki saat qalmış Cekson nüvə sintezini uğurla həyata keçirib və inanılmaz işinə görə Ginnesin rekordlar kitabına düşüb.
Lakin qeyri-adi hadisə bununla başa çatmayıb. Bir şənbə günü onu yuxudan FTB-nin iki agenti oyandırıb. Bu, agentlərin yeniyetmənin evini Geyger cihazı ilə yoxladıqları vaxt baş verib. Onlar bu addımı Ceksonun təcrübələrinin heç bir radiasiyaya səbəb olmadığından əmilik üçün atıblar.
“Xoşbəxtlikdən mən azad adam olaraq qaldım”, - deyə yeniyetmə bildirib.
Xatirə SADİQ