Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdirdi - FOTOLAR

İstanbul razılaşması çərçivəsində iyunun 12-də Ukrayna və Rusiya arasında ağır yaralı və ağır xəstə olan daha bir qrup əsirin mübadiləsi keçirilib. 

Jun 12, 2025 - 16:12
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdirdi - FOTOLAR

SAVASHMEDİA.az bu barədə Ukrayna və Rusiya KİV-nə istinadən xəbər verir. 

“Bu gün bizim ordunun hərbçiləri, milli qvardiyaçılar, sərhədçilər evdədir. Hər kəsin müalicəyə ehtiyacı var və onlara mütləq lazımi köməklik göstəriləcək. Bu, artıq ağır yaralı və ağır xəstələrin qaytarılmasının ikinci mərhələsidir”, - deyə Ukrayna prezidenti Volodimir Zelenski telegram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, rusiyalı hərbi əsirlər artıq Belarus ərazisindədir. 

“Onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bütün Rusiya hərbçiləri müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına gətiriləcək”, - deyə nazirlik vurğulayıb. 

Tərəflər mübadilə olunan əsirlərin sayı barədə məlumat verməyib.

Xatirə SADİQ