"Fənərbağça" tərəfdarları Sadettin Saranın saxlanıldığı məkana axışdı - ETİRAZ 

Xəbər verdiyimiz kimi, “Fənərbağça” klubunun prezidenti Sadettin Saran bir neçə saat öncə yenidən saxlanılıb.

Dec 24, 2025 - 23:41
"Fənərbağça" tərəfdarları Sadettin Saranın saxlanıldığı məkana axışdı - ETİRAZ 

SAVASHMEDİA.az xəbər verir ki, Saranın saxlanılmasından sonra “Fənərbağça” tərəfdarları klub prezidentinin saxlanıldığı İstanbul Vilayət Jandarma Komandanlığının qarşısına toplaşıblar. 

Onlar “Fənərbağça başqanı Sadettin Saran” şüarları səsləndirərək klub prezidentinə dəstək olublar.

Qeyd edək ki, Sadettin Saran haqqında davam edən istintaq çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən narkotik maddələrin tədarükü, istifadəsini asanlaşdırmaq və narkotik maddələrdən istifadə ittihamları ilə saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Xatırladaq ki, S.Saranın açıqlanan narkotik testi nəticələrində saçında kokain tapıldığı bildirilmişdi. Nəticələri qəbul etməyən Saran bu gün müstəqil analiz mərkəzində yenidən eyni testləri verdiyini açıqlamışdı.

Banu