Arvadının qulağını kəsən şəxs saxlanıldı
Bakının Sabunçu rayonunda arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsən şəxs saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb:
"Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır".