Əfqan Sadıqov azadlığa buraxıldı 

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.

Apr 17, 2025 - 02:03
Əfqan Sadıqov azadlığa buraxıldı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.

Ə.Sadıqov yerli məhkəmənin qərarı ilə həbsdən azad edilib.

Qeyd edək ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunurdu. Azərbaycan hüquq-mühafizə orqanları onun ekstradisiyasını istəyirdi.