Oqtay Şirəliyev hansı xəstəlikdən əziyyət çəkirdi?

Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Oqtay Şirəliyev bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Oct 3, 2025 - 21:12
Oqtay Şirəliyev hansı xəstəlikdən əziyyət çəkirdi?

TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Çağırışa təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

SAVASHMEDİA.az-ın məlumatına görə, hələlik sabiq səhiyyə nazirinin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. 

Ölkə mətbuatında uzun müddətdir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunurdu.

Həmin məlumatlarda bildirilirdi ki, O.Şirəliyev dəfələrlə Almaniyada və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz vermişdi. 

Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilirdi.

Aytən İbrahimova