Yuxusuzluq bu qorxunc xəstəliyin əlaməti imiş... – Xəbərdarlıq!

Yuxusuzluq gündəlik həyat ritmimizə və sağlamlığımıza mənfi təsir göstərir. Bütün mütəxəssislər sağlam bir həyat tərzi üçün yuxunun şərt olduğunu bildirirlər.

Mar 28, 2025 - 19:53
Yuxusuzluq bu qorxunc xəstəliyin əlaməti imiş... – Xəbərdarlıq!

Həkimlər yuxusuzluq diaqnozunu qoymaq üçün bunun 3 ay müddətində və həftədə azı 3 dəfə baş verməsini əsas götürürlər. Dünya statistikasına baxsaq, görərik ki, yuxusuzluqdan ən çox şikayət edən qadınlar və yaşlılardır. Sağlam bir həyat tərzi üçün gecə azı 7-8 saat yatmaq lazımdır. 

SAVASHMEDİA.az yuxusuzluğun səbəbləri, zərərləri və xəbərçisi olduğu xəstəliklər barədə araşdırmanı təqdim edir:

Yuxusuzluğun səbəbləri

İnternetdən həddindən artıq istifadə nəticəsində qəbul edilən informasiya çoxluğu, telefon və kompüter şüasına həddindən çox məruz qalmaq sağlam insanlarda da yuxusuzluq yarada bilər.

Xroniki (davamlı) yuxusuzluq xərçəng, şəkər, astma, mədə-bağırsaq, ürək xətəlikləri, xüsusən də psixiatrik, nevroloji xəstəliklərdən xəbər verir. Əgər xroniki yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq mütəxəssislərə müraciət edin.

Demans, altsheymer və parkinson xəstələrində yuxusuzluq həm istifadə edilən dərmanlara görə, həm də xəstəliyin gedişi zamanı görülə bilər.

Yuxusuzluğun zərərləri

•    Gün ərzində özünü çox yorğun hiss etmə
•    Zehni fəaliyyətin yavaşlaması
•    Həyatdan həzz ala bilməmə
•    Depressiya əlamətləri 
•    Hər şeyə həvəssiz olma
•    Çalışmağın çətinləşməsi
•    Diqqətin konkret məsələyə yönəldilə bilməməsi 
•    Səbirsiz, hövsələsiz, narahat və ən əsası əsəbi olma
•    Yüksək qan təzyiqi və metabolik pozğunluqlar
•    Obezite riski
•    Zəifləmiş immunitet sistemi

Kifayət qədər yatmaq üçün nə etmək lazımdır?

•    Eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq
•    Yataq otağı qaranlıq olmalı, elektron cihazlar olmamalıdır.
•    Yataqda yemək yeyib, çay içməyin və kinoya baxmayın
•    Yatmazdan əvvəl yarım saat beyini yormayan klassik musiqi dinləyə bilərsiniz.
•    Gün ərzində yatmamağa çalışın
•    Yataq otağınızı yayda çox sərin, qışda çox isti etməyin.
•    Yatmazdan əvvəl bədəni yormadan yüngül idman hərəkətləri edin.
•    Yatmazdan əvvəl yemək yeməyin, çay və qəhvə içməyin.
•    Rahat yuxuya getmək üçün çobanyastığı və ya melissa çayı içə bilərsiniz.
•    Stressdən uzaq olun
•    Sağlam qidalanın
•    Alkoqolu həyatınızdan çıxarın


Banu