Tramp bu məqsədlə senatorlara təzyiq edir – “Axios”
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp eks-konqresmen Mett Gettsi baş prokuror-ədliyyə naziri vəzifəsinə təsdiqləməyə inandırmaq məqsədilə senatorlara şəxsən təzyiq edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Zənglər barədə nəşrə Şimali Dakotadan olan konqresmen Kevin Kramer və adı açıqlanmayan başqa bir senator məlumat verib.
“O, Mett Gettsin qorxmaz və hiddətli yeganə şəxs kimi Ədliyyə Nazirliyində lazım olanı edəcəyinə inanır”, - deyə Kramer vurğulayıb.
Onun sözlərinə görə, Tramp öz siyasi kapitalını Getsin irəliləməsinə yatırır və o, olduqca əmindir.
“Axios” nəzərə çatdırıb ki, Tramp senatdakı respublikaçılara məhz ötən həftə namizədliyini irəli sürdüyü Gettsi nazir vəzifəsində görmək istədiyi barədə ikimənalı olmayan siqnallar göndərir.
Gettsin mübahisəli namizəd olduğunu vurğulayan nəşr əlavə edib ki, demokratların onu dəstəkləyəcəyi ehtimalı azdır, çünki bu namizəd əvvəllər seks istismarı məqsədilə insan alveri üzrə işin fiqurantı olub.
Xatirə SADİQ