SEPAH 10 gündür Xameneinin dəfninə buna görə icazə vermirmiş - Qadağanın SƏBƏBİ

Fevralın 28-də ABŞ və İsrailin başlatdıqları birgə hərbi əməliyyat nəticəsində həlak olan İranın sabiq Ali Rəhbəri, Ayətulla Seyid Əli Xamenei hələ də dəfn olunmayıb.

Mar 9, 2026 - 14:37
SEPAH 10 gündür Xameneinin dəfninə buna görə icazə vermirmiş - Qadağanın SƏBƏBİ

SAVASHMEDİA.az xəbər verir ki, Əli Xameneinin niyə torpağa tapşırılmadığı ilə bağlı bir neçə ehtimal irəli sürülüb.

İlkin ehtimala görə, Tehran üçün planlaşdırılan anım mərasimi hakimiyyət orqanları tərəfindən "görünməmiş iştirak gözləntisi" səbəbindən təxirə salınıb. 

Lakin sonradan yayılan iddialara görə, buna İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mane olub. Bildirilib ki, SEPAH Xameneinin məzarının İsrail-ABŞ hücumlarına məruz qalacağından ehtiyatlanır. Əli Xameneini İsrail və ABŞ-dən qoruya bilməyən SEPAH ikinci utancı da sabiq Ali Rəhbərin məzarının vurulması ilə yaşamaqdan çəkinir.

Başqa bir iddiaya görə isə Əli Xamenei artıq dəfn olunub, lakin məzarının yeri gizli saxlanılır. SEPAH bununla da Əli Xameneinin məzarını hücumlardan qorumaq məqsədi güdür.

Maraqlısı isə odur ki, Tehran hökuməti ölümündən 10 gün keçməsinə baxmayaraq, hələ də Əli Xameneinin nə zaman dəfn olunacağı ilə bağlı heç bir məlumat yaymayıb.

Banu