Navalnının nəzarını minlərlə insan ziyarət etdi
Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnının vəfatının birinci ildönümündə onun dəfn olunduğu Borisovskoye qəbiristanlığını 5,3 mindən çox insan ziyarət edib.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times”a istinadən xəbər verir.
“Borisovskoye qəbiristanlığı tarixi yerdir və o qədər də böyük deyil. Ona görə də demək olar ki, gələnlərin və növbəyə duranların hamısının məhz Alekseyin məzarını ziyarət etdiyini düşünmək məntiqlidir”, - deyə “Belı şetçik” könüllülər layihəsindən bildirilib.
Nəşr yazır ki, ziyarət zamanı 100-200 nəfər darvazadan məzarlığa daxil olmayıb. Bunlar Navalnının qohumları, çələngli insanlar, jurnalistlər və təhlükəsizlik qüvvələri olub.
Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi və Avstraliyanın Rusiyadakı səfiri Con Qirinq Navalnının xatirəsini yad etmək üçün Borisov qəbiristanlığına gediblər. ABŞ və Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasındakı səfirləri Linn Treysi və Roland Qalaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Navalnının məzarına yaxınlaşan insanların üzünü kameraya çəkən “E” Mərkəzinin əməkdaşları qəbiristanlıqda növbə çəkiblər.
Aleksey Navalnı 2024-cü il fevralın 16-da Xarp kəndindəki “Polyarnı volk” 3 saylı cəzaçəkmə koloniyasında vəfat edib. Federal Penitensiar Xidmət ölümün səbəbinin bir sıra xəstəliklər nəticəsində yaranan qəfil aritmiya ilə izah etsələr də, siyasətçinin doğmaları və yaxınları onun zəhərləndirildiyini güman edirlər. Uzun mübahisələrdən sonra Kreml martın 1-də müxalifətçinin meyitinin Moskvadakı Borisovskoye qəbiristanlığında dəfn edilməsinə icazə verib.
Xatirə SADİQ