Azərbaycanlı gənc “Səslərin Ən Yaxşısı” siyahısına daxil edildi

Populyar “The Voice” musiqi yarışının dünya üzrə iştirakçılarının son həftə ərzindəki ən yaxşıları Youtube-dakı “The Best Of Voice” (“Səsin Ən Yaxşısı”) kanalında yerləşdirilib.

Feb 17, 2025 - 15:34
Azərbaycanlı gənc “Səslərin Ən Yaxşısı” siyahısına daxil edildi

SAVASHMEDİA.az xəbəbr verir ki, onların arasında hazırda Azərbaycanın İctimai Televiziyasında yayımlanan “Səs Azərbaycan”ın iştirakçısı da yer alıb.

Bu, “Səs Azərbaycan”ın görmədən dinləmələrinə qatılan Teymur Hənifəyevin ifası olub. Teymur dinləmələrə “Naughty Boy ft.” qrupunun repertuarından “La la la” mahnısı ilə qatılıb. 

Qeyd edək ki, Teymur Hənifəyev müğənni İlqar Xəyalın oğludur.

“The Best Of Voice” bildirib ki, bu həftə dünya üzrə “The Voice”dan ən yaxşı ifaları seçilib. “Ən sevdiyiniz ifa hansıdır? Aşağıdakı şərhlərdə bizə bildirin”, - deyə izləyicilərə müraciət olunub.

“The Best Of Voice”un həmin linkini təqdim edirik.

Xatirə SADİQ