Türkiyədə bu gün baş verən F-16 qəzasının SƏBƏBİ – Həlak olan pilot…
Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarəsi qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Balıkesir şəhərində baş verib.
Məlumata görə, Balıkesir 9-cu Əsas Reaktiv Baza komandanlığından missiya üçün havaya qalxan F-16 qırıcısı saat 00:50 (Türkiyə vaxtı ilə) radələrində naməlum səbəbdən qəzaya düşüb.
Hadisə nəticəsində pilot, mayor İbrahim Bolat həyatını itirib. İlkin araşdırmalar pilotun vertiqo (şiddətli başgicəllənmə və tarazlıq hissinin pozulması) xəstəsi olduğunu və qəzanın bu səbəbdən baş verdiyini göstərib. Qəza ilə bağlı araşdırma davam etdir.
Banu