Bill Klinton ifadə verdi - Epşteyn işi 

ABŞ-nin keçmiş prezidenti Bill Klinton Epşteynlə əlaqələri barədə Konqres qarşısında ifadə verməyə başlayıb.

Feb 27, 2026 - 22:23
Bill Klinton ifadə verdi - Epşteyn işi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Klinton ABŞ Konqres komitəsi qarşısında qapalı qapılar arxasında ifadə verib.

O, uşaq təcavüzü və digər cinsi cinayətlərdə ittiham olunan amerikalı iş adamı Ceffri Epşteynin təyyarəsində bir neçə dəfə uçub. Konqres tərəfindən Epşteyn işi ilə bağlı açıqlanan sənədlər arasında onların ikisinin birlikdə çəkdirdikləri şəkillər də var.

Klinton Epşteynin cinayətləri barədə heç nə bilmədiyini və onunla əlaqə saxladığına görə peşman olduğunu bildirib .

Cümə axşamı ABŞ-ın keçmiş dövlət katibi, keçmiş prezidentin həyat yoldaşı Hillari Klinton Epşteynlə əlaqələri barədə ifadə verib.