"Məhkəməyə verəcəyəm" - Efir qadağası qoyulan Talıb Tale
Müğənni Talıb Tale haqqında efir qadağası qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müğənni bizim.media-ya danışıb.
O bildirib ki, məlumatı mətbuatdan oxuyub:
"Hamı mənə xəbəri göndərib, yeni məlumat almışam. Birinci ciddiyə almadım, sonra gördüm ki, insanlardan çox reaksiya və zənglər gəlir.
Həmin sayta zəng etdim, soruşdum ki, bu məlumatı nəyə əsasən vermisiniz? Dedilər ki, açıqlaya bilmərik. Mən də rayondayam, yas yerinə gəlmişəm, başım qarışıqdır. Bakıya gələndə bununla ciddi məşğul olacağam, bu məlumatın hansı əsası var? Açıqlama olmasa, məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayıb.