"Rusiya tərəfi ilə görüş olmayacaq" - Zelenskinin ofisi
Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Pavlo Palisa respublika nümayəndə heyətinin nümayəndələrinin Səudiyyə Ərəbistanında rusiyalı həmkarları ilə mümkün görüşü ilə bağlı sualı cavablandırıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
“Bizim sabah Rusiya nümayəndə heyəti ilə heç bir görüşümüz olmayacaq”, - Palisa bildirib.
Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar bir saat yarımdan az davam edib.