Putin Qazaxıstana getdi
Rusiya prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya prezidentinin təyyarəsi Astana hava limanına enib.
Putin səfəri zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli görüş keçirəcək, mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.