Türkiyəli iş adamı təyyarə qəzasına düşdü – Taleyi naməlumdur + FOTOLAR

Türkiyəli iş adamı Mehmet Çankayanın Kolumbiyada qəzaya düşdüyü təyyarənin qalıqları tapılıb.

Sep 16, 2026 - 15:23
Sep 16, 2026 - 15:24
Türkiyəli iş adamı təyyarə qəzasına düşdü – Taleyi naməlumdur + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, sentyabrın 13-də radio əlaqəsi kəsilən “Cessna T206” tipli təyyarənin qalıqları üç gün sonra aşkarlanıb.

Təyyarə Kondoto şəhərindəki Mandinqa hava limanından paytaxt Boqotadakı Quaymaral hava limanına uçarkən radardan itib.

Təyyarəni Türkiyə vətəndaşı Mehmet Çankaya idarə edib. Göyərtədə onunla birlikdə 4 Kolumbiya vətəndaşı olub.

Hadisədən sonra qəza vəziyyəti üçün nəzərdə tutulan radio ötürücü (ELT) işə düşüb. Axtarış-xilasetmə qrupları təyyarənin Pueblo Riko sərhədlərində, təxminən 9 min fut yüksəklikdə yerləşən dağlıq əraziyə düşdüyünü müəyyənləşdirib. Təyyarənin dağın yamacına çırpıldığı və qalıqlarının geniş əraziyə yayıldığı bildirilib.

Hazırda Mehmet Çankaya və təyyarənin göyərtəsində olan digər 4 nəfərin taleyi naməlumdur.

Qeyd edək ki, Mehmet Çankaya Türkiyə vətəndaşıdır. 43 yaşı var. 10 ildir Kolumbiyanın Boqota şəhərində yaşayır. Kolumbiyada Mega Travel turizm şirkətinin baş direktoru kimi fəaliyyət göstərir. Eyni zamanda, Kolumbiya Mülki Hava Patrulunda (Patrulla Aérea Civil Colombiana) könüllü kimi işləyir və pilotluq edir. O, sentyabrın 13-də Condoto–Boqota marşrutu üzrə uçan Cessna T206 təyyarəsinin pilotu olub.

Banu