Müctəba Xameneinin nümayəndəsi DANIŞDI - "Atasının dəfninə qatılmayacaq"
İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcəyi qətiləşib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi "İndia Today" nəşrinə açıqlamasında danışıb.
Onun söğzlərinə görə, təhlükəsizlik risklərinin yüksək olması səbəbindən Müctəba Xameneinin mərasimə qatılmaması qərara alınıb.
Bu qərar son günlər İran rəhbərliyinə qarşı səsləndirilən təhdidlərlə əlaqələndirilir. Belə ki, İsrailin müdafiə naziri İsrael Katz daha əvvəl Müctəba Xameneinin də mümkün hədəflər arasında olduğunu bildirmişdi.
Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi aviazərbələr nəticəsində öldürülüb. Daha sonra ölkənin ali dini və siyasi rəhbərliyinə onun oğlu Ayətullah Seyid Müctəba Xamenei seçilib.
Səlcuq