Trampdan U dönüşü - "Ukrayna hücuma keçməlidir"

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlməsi üçün hücuma keçməli olduğuna işarə edib.

Aug 21, 2025 - 19:33
Aug 21, 2025 - 20:03
Trampdan U dönüşü - "Ukrayna hücuma keçməlidir"

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti bu sözləri sosial şəbəkəsi hesabında yazıb. 

"İşğalçı ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür. Bu, fantastik müdafiəyə malik olan, lakin hücumda oynamağa icazə verilməyən futbol komandası kimidir. Bu halda qalib gəlmək şansı yoxdur! Ukrayna və Rusiyada belədir", - Tramp qeyd edib.

O, daha sonra bunları yazıb:

"Səriştəsiz Co Bayden Ukraynanın hücuma keçməsinə imkan vermədi. Yalnız müdafiə haqqında düşündü. Axırı necə oldu? Hər halda, mən Prezident olsaydım, bu müharibə heç  vaxt baş verməzdi. Qarşıda maraqlı hadisələr  var".

Oğuz