Rusiyada məscidi yandırdılar

Avqustun 21-də axşam saatlarında Blaqoveşensk şəhərinin (Amur vilayəti) Sovetskaya küçəsində naməlum şəxs məscidi yandırıb.

Aug 21, 2025 - 21:03
Rusiyada məscidi yandırdılar

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər gənc oğlan məscidin qapısı ağzına naməlum bir əşya atıb və bundan sonra yanğın başlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub və yanğın artıq söndürülüb.

Yerli hakimiyyət orqanları insidentlə bağlı rəsmi məlumat verməyiblər. Yanğın təxminən 10 kvadratmetr ərazini əhatə edib.

Yanğın nəticəsində məscidin girişində yerləşən xalça və şəxsi əşyalar yanıb.