Hamını çağırdılar, təkcə Paşinyan yaddan çıxdı? - "Hraparak" nəşri

Nikol Paşinyanın ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilməməsi Ermənistanda müzakirələrə səbəb olub.

Jan 18, 2025 - 08:23
Hamını çağırdılar, təkcə Paşinyan yaddan çıxdı? - "Hraparak" nəşri

SAVASHMEDİA.az-ın xəbərinə görə, mövzuya geniş yer ayıran Ermənistanın nüfuzlu “Hraparak” qəzeti bunları yazıb:

“Trampın andiçmə mərasimində çoxlu sayda dövlət başçısı və digər rəsmi qonaqlar iştirak edəcək. Əgər Ermənistan-ABŞ münasibətləri həqiqətən iddia edildiyi qədər parlaqdırsa, o zaman Nikol Paşinyanı niyə dəvət etmədilər? Hamını çağırdılar, onu unutdular?" 

"Yeri gəlmişkən, bu, Ermənistanın ABŞ-dakı səfirinin zəif işinə dəlalət edir. Ermənistanın hakim Mülki Müqaviləsi partiyası Lilit Makuntsun işindən çox razıdır və hətta onu digər səfirlərə nümunə göstərilər”, - nəşr yazıb.

Oğuz