QHT sədri ziyarətgahda ölümə səbəb oldu - TƏFƏRRÜAT
Samuxda ağır yol qəzası baş verib.
SAVASHMEDİA.az “qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə Samux şəhəri ərazisində “Düldül” ziyarətgahı adlanan yerdə baş verib.
Qəzada həyatını itirən şəxslə hadisəni törətməkdə şübhəli bilinən sürücünün kimliyi məlum olub.
Hadisənin rayon sakini, “Vətənpərvərlər” İctimai Birliyinin sədri Məhərrəm İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillə törətməsi müəyyənləşib.
Qəzada həyatını itirən şəxs isə araba ilə odun daşıyan Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğludur.
Araşdırmalar davam etdirilir.
Fotoda Məhərrəm İsmayılov