Tovuzda itkin düşən qız görün haradan tapıldı

Tovuzda itkin düşən məktəbli qız tapılıb.

Apr 4, 2025 - 11:10
Tovuzda itkin düşən qız görün haradan tapıldı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Aysun Süleymanlı Gəncə şəhərində tapılıb.

13 yaşlı məktəblinin ailəsinə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, A. Süleymanlı Alubəyli kənd sakinidir. O, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd məktəbinin 7-ci sinif şagirdidir. Məktəbli aprelin 2- si axşam 18 radələrində dərsdən çıxıb evə qayıtmamışdı.

Azyaşlının nənəsi mətbuata açıqlamasında bildirmişdi ki, yeniyetmənin çantasından ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb:

“Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırmışdılar. Dedilər dəftərində qeyri-adi şeylər yazıb. Özünlə paltar, şirniyyat, su götür, saçını kəs. Biz hara desək, ora gəl, dağlıq əraziyə gəl”.