Bakıda toy yasa döndü, bəyin nənəsi öldü - Qonaqlardan gizlətdilər + FOTOSU
Bakıda toya gələn bəyin nənəsi şadlıq evində vəfat edib.
SAVASHMEDİA.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birində baş verib.
Toy başlamazdan təxminən 30-40 dəqiqə əvvəl şadlıq evinə gələn bəyin nənəsi qəfil vəfat edib. 75 yaşlı Zeynəb Dadayeva Bakı sakini olub və Binəqədi rayonunda yaşayıb.
Yaxınlarının sözlərinə görə, qadının ən böyük arzusu nəvəsinin toyunda iştirak etmək olub. İlkin məlumata əsasən, qadın sanitar qovşaqda olarkən halı pisləşib və dünyasını dəyişib.
Mərhum şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Bundan əvvəl bir dəfə də infarkt keçirib. Hadisədən sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Maraqlı məqamlardan biri isə hadisənin toy iştirakçılarından gizlədilməsi olub. Mərhumun yaxınları qonaqlara məlumat verməyib. Hətta bəy də nənəsinin vəfatından toyun sonuna yaxın xəbər tutub.
Qeyd edək ki, vəfat edən şəxsin nəşi elə hadisə yerindən birbaşa "morq"a aparılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bəyin vəfat edən nənəsi