Mourinyo Okan Burukun burnunu niyə sıxıb? - "Fənərbağça" açıqlama yaydı
"Fənərbağça" klubu sosial şəbəkə hesabında "Qalatasaray"la oyundan (1:2) sonra yaşananlara aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, "sarı-lacivərtlər" Joze Mourinyonun rəqib komandanın baş məşqçisi Okan Burukun burnunu sıxması epizodunu belə izah edib:
"Məcburi açıqlama.
Dünənki matçdan sonra hakimlərin əlini sıxmaq bəhanəsi ilə baş məşqçimiz Joze Mourinyonun yanına gələn, əl-qol hərəkətləri və təhqiramiz ifadələrlə baş məşqçimizi təhrik edən, polis xəttini keçəndən sonra hörmətsizcəsinə əl hərəkəti göstərməyə cürət edən Okan Buruk barədə açıqlama veririk.
Baş məşqçimiz O.Burukun təxribatına cavab olaraq bir anlıq onun burnuna toxunub və həmin şəxs məsələni şişirdərək özünü yerə atıb.
Bu planın davamı olaraq özünü "güllələnmiş" refleksi ilə peşəkarcasına yerə atan bu şəxsin hörmətsiz ifadə və hərəkətləri görüntülərdə öz əksini tapıb.
Burnuna toxunulan adamın yerə yıxılıb, saniyələr boyu qıvrılmasının mənasız aktyorluq olduğu hər kəsə bəllidir.
Bu şəxsin futbolçu olduğu zamandan bəri özünü yerə atmasının baş məşqçilik karyerasında da davam etdiyi, bu reaksiyanın xarakterinə uyğun bir hərəkət olduğu bəllidir.
İyrənc təxribat və sonra yaşananlara əlaqədar dəyərləndirmənin tək tərəfli yox, səbəb-nəticə bağlantısı ilə edilməsi gərəkdir".
Səlcuq