Trampla Putinin görüşəcəyi tarix bilindi - Kremldən açıqlama
Tərəflər 11-17 avqust tarixlərini ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş üçün vaxt çərçivəsi kimi müəyyənləşdirib.
SAVASHMEDİA.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov etiraf edib ki, iki prezidentin görüşünə hazırlaşmağın nə qədər vaxt aparacağını söyləmək çətindir:
"Lakin görüşün gələn həftə ərzində keçirilməsi variantı nəzərdən keçirilib. Və biz bu varianta olduqca müsbət yanaşırıq”.
Onun sözlərinə görə, görüşün yeri artıq razılaşdırılıb, lakin bu barədə sonra məlumat veriləcək.
Xatirə SADİQ