Kabo-Verde prezidenti Messiyə meydan oxudu - "Argentinanı udacağıq"
Kabo-Verde Prezidenti Joze Mariya Neveş DÇ-2026-nın 1/16 finalında Argentina ilə keçiriləcək oyun öncəsi iddialı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı BBC-yə müsahibəsində komandasının dünya çempionunu 1:0 hesabı ilə məğlub edə biləcəyini bildirib.
"Biz qələbə üçün oynayırıq. Kabo-Verde insanları təəccübləndirməyi bacarır. Düşünürəm ki, Argentinanı 1:0 uda bilərik", - Neveş vurğulayıb.
Qeyd edək ki, Kabo-Verde DÇ-2026-da ilk dəfə iştirak edir və tarixində ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlib. Atlantik okeanında yerləşən, təxminən 600 min əhalisi olan ada dövləti son illərdə Afrika futbolunun sürətlə inkişaf edən komandalarından birinə çevrilib. Argentina ilə qarşılaşma isə Kabo-Verde futbol tarixinin ən önəmli oyunlarından biri hesab olunur.
Argentina və Kabo-Verde milliləri arasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə iyulun 4-də saat 02:00-da start götürəcək.
Səlcuq