"Neftçi"yə keçəcəyi deyilən erməni futbolçu DANIŞDI

"Neftçi"yə keçidimlə bağlı yayılan xəbərlər şayiədir, narahatlığa ehtiyac yoxdur".

Jan 14, 2026 - 16:57
Jan 14, 2026 - 17:12
"Neftçi"yə keçəcəyi deyilən erməni futbolçu DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Belarusun "Dinamo Minsk" klubunun futbolçusu Karen Vardanyan deyib.

Erməni əsilli hücumçu özünü belaruslu hiss etdiyini də əlavə edib: "Mənim atam erkən yaşlarımdan ailəmizi tərk edib. Erməni qohumlarımla əlaqəm də yoxdur. Özümü belaruslu hiss edirəm. Mənim yalnız soyadım erməni soyadıdır".

Qeyd edək ki, Belarus mətbuatında "Neftçi"nin Karen Vardanyanı heyətinə qatacağı barədə məlumatlar yayılıb. 

Vardanyan 2025-ci il mövsümündə "Dinamo Minsk"in heyətinə iştirak etdiyi 34 oyunda 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Belarus yığmasının da üzvüdür.