ABŞ bizi vursa, biz də qonşu ölkələri vuracağıq - Tehran HƏDƏLƏDİ
İran xəbərdarlıq edib ki, Vaşinqton İrandakı etirazlara müdaxilə edərsə, ABŞ qüvvələrinin yerləşdiyi qonşu ölkələrdəki ABŞ bazalarına zərbələr endirə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu "Reuters"ə İranın yüksək vəzifəli rəsmisi deyib.
Məlumat üçün bildirək ki, İranın qonşuları olan aşağıdakı ölkələrdə ABŞ-nin hərbi bazaları mövcuddur: Küveyt, Qatar, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı.
Bu ölkələr İranın qonşuluğunda yerləşdiyi üçün region təhlükəsizliyində, geosiyasi balansda və İranla ABŞ arasındakı münasibətlərdə önəmli rol oynayır.
Üç diplomatın sözlərinə görə, Qətərdəki əsas ABŞ hava bazasından bəzi heyət üzvlərinə ərazidən çıxmaq tövsiyə olunub. Amma agentlik, ötən il İranın raket hücumundan öncə olduğu kimi, qoşunların kütləvi təxliyəsinin müşahidə olunmadığını yazır.
ABŞ prezidenti Donald Tramp İranda etirazçılara dəstək üçün müdaxilə ilə hədələyib. İnsan haqları qrupu son günlər 2 min 600 nəfərin öldürüldüyünü bildirib.
İsrailin qiymətləndirməsinə əsasən, Tramp müdaxilə qərarı verib, amma bu addımın miqyası, vaxtı qeyri-müəyyəndir, - bunu israilli rəsmi bildirib.
Oğuz