"Bəs sən niyə ata-anamın yasına gəlmədin" - Xoşqədəmdən Rəqsanəyə

"Rəqsanə məndən küsüb ki, onunla maraqlanmamışam. Bəs ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına niyə getməmişdin?"

Jan 14, 2026 - 16:14
Jan 14, 2026 - 17:46
"Bəs sən niyə ata-anamın yasına gəlmədin" - Xoşqədəmdən Rəqsanəyə

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri teleaprıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib.

 "Biz sadəcə efirlərdə görüşmüşük, münasibətimiz normal olub. Atasını axtaranda da efirimə çıxıb. Apreldə anamı, iyulda atamı itirmişdim, özümə gələ bilmirdim. Bəs niyə mənim dağ boyda ata-anamın yasına gəlməyib? Özü gələ bilmirdi, burada qızı, qohumları var idi, onlar gələrdi. İndi məndən nəsə umur", - aparıcı bildirib.
 
X.Hidayətqızı qeyd edib ki, buna baxmayaraq, Rəqsanəyə kömək etməyə çalışıb:
 
"İşlədiyi insanlara zəng edib nə kömək lazımdırsa, edə biləcəyimi demişəm, yaxınları ilə də maraqlanmışam".

Aytən