ABŞ Qrenlandiyanı bu məbləğə almaq istəyir
ABŞ Prezident Donald Tramp razılığa gələ bilsə, Vaşinqton Qrenlandiyanı almaq üçün 700 milyard dollar ödəyə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Telekanal ABŞ administrasiyası daxilində müvafiq planla tanış olan mənbələrə istinadla bildirib ki, Qrenlandiyanın satın alınmasının qiymətləndirilməsində alimlər və keçmiş rəsmilər iştirak edib.
Onlar qeyd ediblər ki, Vaşinqton Arktikada ABŞ-nin əsas düşmənləri Rusiya və Çinə qarşı strateji bufer zona yaratmaq üçün adanı satın almalıdır.
Aytən