Məşhur aktrisa boşanır – Bir ay əvvəl ana olmuşdu  + FOTOLAR

Türkiyəli aktrisa İrem Helvacıoğlu və həyat yoldaşı Ural Kaspar boşanır.

Nov 24, 2025 - 18:48
Məşhur aktrisa boşanır – Bir ay əvvəl ana olmuşdu  + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə mətbuatı cütlüyün hansı səbəbdən boşanma qərarı aldıqlarını açıqlamayıb.

Məlumata görə, onlar qızlarının qırxı çıxmamış anlaşmalı olaraq boşanacaqlar.

Qeyd edək ki, İrem Helvacıoğlu 2024-cü ilin 28 oktyabrında iş adamı Ural Kasparla ailə qurub. Bu il oktyabrın 15-də cütlüyün Sora adlı qızları dünyaya gəlib. Oktyabrın 23-də cütlük və 8 günlük qızları qəzaya düşüblər. Lakin ciddi xəsarət almayıblar.

Xatırladaq ki, İrem Helvacıoğlu “Güneşin Kızları”, “Seni Çok Bekledim”, “Sen Anlat Karadeniz” ve “Karadut” kimi məşhur seriallarda rol alıb.

Banu

Fotolarda: İrem Helvacıoğlu və Ural Kaspar