USAİD-də məxfi sənədlər məhv edilib? - “BBC News” iddiası

Bu yaxınlarda fəaliyyəti dayandırılmış USAID-in əməkdaşlarına məxfi sənədlərin məhv edilməsi və yandırılması əmri verilib.

Mar 12, 2025 - 16:11
USAİD-də məxfi sənədlər məhv edilib? - “BBC News” iddiası

SAVASHMEDİA.az bu barədə “BBC News” telekanalına istinadən xəbər verir. 

Məlumata görə, USAID-in icraçı katibi vəzifəsini icra edən Erika Karr xidməti məktubda məxfi materialların olduğu seyflərin təmizlənməsinə görə işçilərə təşəkkür edib və sənədlərin məhv edilməsi üzrə xüsusi tədbirin təşkilindən danışıb.

“Əvvəlcə mümkün qədər çox sənədi kəsin, Yandırmaq üçün kisələri o vaxta saxlayın ki, şröder çatımlı olacaq və ya ona fasilə tələb ediləcək”, - deyə məktubda bildirilib. 

Adətən, təkrar emal qutularına qoyulan sənədlər möhürlənir və sonra yandırmaq üçün təhlükəsiz yerə aparılır.

USAİD əməkdaşlarının maraqlarını təmsil edən Amerika Xarici Xidmət Assosiasiyası (AFSA) həmkarlar ittifaqı bu xəbərlərdən narahat olduğunu bildirib. AFSA xəbərdarlıq edib ki, bu cür sənədlər USAİD əməkdaşlarının işdən çıxarılmasına və qrantların dayandırılması ilə bağlı davam edən məhkəmə çəkişmələrinə aid ola bilər.

Xatirə SADİQ