Cənubi Koreya prezident geri çəkildi

Cənubi Koreya prezidenti Yun Suk Yel bir neçə saat əvvəl tətbiq etdiyi hərbi vəziyyəti ləğv edəcəyini bildirib.

Dec 4, 2024 - 13:04
Cənubi Koreya prezident geri çəkildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Prezidentin sözlərinə görə, o, ölkə parlamentində səsvermənin nəticələrini nəzərə alaraq bu addımı atır.

Qeyd edək ki, çərşənbə axşamı günü səhər Yun Suk Yel “dövlət əleyhinə qüvvələrin” qarşısını almaq üçün hərbi vəziyyət elan etdi. 

Lakin bundan hiddətlənən ölkə parlamentariləri hərbi vəziyyətin ləğv olunmasına səs verdilər. Bu, etirazçıların parlament qarşısında toplaşdığı şəraitdə baş verdi. 

Cənubi Koreya qanunlarına görə, parlament səs çoxluğu ilə tələb edərsə, prezident hərbi vəziyyəti dərhal ləğv etməlidir. Prezidentin öz partiyası belə onu fərmanı ləğv etməyə çağırdı.

Xatirə SADİQ