İsrailli nazirin oğlu yaralandı
İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu hərbi əməliyyatlarda xəsarət alıb.
SAVASHMEDİA.az İsrail mediasına istinadla xəbər verir ki, sağçı nazirin oğlu İsrail-Livan sərhədində “Hizbullah”a qarşı keçirilən hərbi əməliyyatlar zamanı yaralanıb.
Onunla yanaşı daha bir neçə əsgərin də xəsarət aldığı bildirilir.
Nazirin oğlunun son durumu ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, bir müddət öncə Bezalel Smotriçin oğlunu Livan sərhədindəki hərbi əməliyyatlara yola salarkən xeyir-dua verdiyi görüntülər yayılıb.
Banu