İran rəsmisi Trampa "qumarbaz" dedi - "Xameneini öldürən Epşteyn dəstəsi..."
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə bağlı sərt açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, İran rəsmisi ABŞ-ni tənqid edərək onu Epşteynlə eyniləşdirib.
"Amerikalılar əvvəllər heç vaxt belə güclü reaksiya ilə qarşılaşmayıblar. Lakin tezliklə başa düşəcəklər ki, İranın gələcəyini yalnız qürurlu İran xalqı müəyyən edə bilər, Epşteyn dəstəsi yox!”, – Qalibaf bildirib.
Qalibaf ABŞ lideri Donald Trampa da ismarış göndərərək onun fəlakətə sürükləndiyini qeyd edib:
"Tramp dini liderimiz Əli Xameneini öldürməklə özünə və ABŞ ordusuna gətirdiyi fəlakəti hələ də anlaya bilməyib”.
Spiker iddia edib ki, Vaşinqton administrasiyası bölgədəki müxtəlif silahlı qrupları İrana qarşı səfərbər edir:
"Görünür, ABŞ cinayətkar sionist rejimini müdafiə etmək üçün hər şeyi təhlükəyə ataraq böyük bir qumar oynamağı planlaşdırır. Halbuki, heç bir sağlam düşüncəli insan belə bir qırğın yerinə girməz. Dəyərsiz separatçılara gəldikdə isə, əgər onlar sərhədlərini aşıb səhv etsələr, tarixin zibil qutusuna atılacaqlar".
Banu